Beynəlxalq Ailə Günü münasibətilə regionlarda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Bakı, 19 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may - Beynəlxalq Ailə Günü münasibətilə həyata keçirilən silsilə tədbirlər davam etdirilir.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Avropa İttifaqı, BMT-nin Uşaq Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə komitə nəzdindəki Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yerləşdiyi 11 regiondan olan 231 aztəminatlı ailəyə “Ailəm” və “ASAN könüllüləri” tərəfindən bayram sovqatı paylanılıb.