Beynəlxalq Atom Enerjisi Agentliyi Türkiyəyə tibbi avadanlıqlar göndərib
Bakı, 1 mart, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyəyə müxtəlif mobil tibbi avadanlıqlar, eləcə də rentgen avadanlıqları göndərib.
AZƏRTAC xəbər verir ki, MAQATE açıqlamasında bu yardımın paketinin Türkiyəyə ilk təcili yardım paketi olduğunu bildirib.
Məlumata görə, ABŞ və Yaponiya başda olmaqla, bir çox üzv ölkə bu istiqamətdə Agentliyə dəstək verib.
Açıqlamada ilk təcili yardım paketinə portativ və mobil rentgen cihazlarının daxil olduğu, zəlzələdə zədələnmiş cihazların yerinə sözügedən tibbi avadanlıqların istifadə ediləcəyi qeyd olunub.
Yardım paketinin Türkiyəyə çatdığı bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]