“Beynəlxalq dəniz günü” ilə əlaqədar bölgələrdə ekoloji tədbirlər keçirilmişdir
Bakı, 25 sentyabr (AZƏRTAC). Hər il sentyabr ayının sonuncu həftəsi qeyd olunan “Beynəlxalq dəniz günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikamızın Xəzərsahili şəhər və rayonlarında maarifləndirici tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti tədbirlər Neftçala rayonunun 1, 2, 3 və 4 saylı orta məktəblərində, Neftçala şəhər və Qədimkənd bələdiyyələrində, həmçinin Salyan rayonunun Kürsəngi və Xıdırlı bələdiyyələrində keçirilmişdir.
“Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, perspektivlər” mövzusunda keçirilən tədbirlərdə nazirliyin regional şöbələrinin mütəxəssisləri “Beynəlxalq dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə şagirdlərə və yerli əhaliyə məlumat vermiş, onların suallarını cavablandırmışlar.
Eyni zamanda, ETSN-in, yerli bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Neftçala rayonunun Xəzər dənizinin sahil zolağı boyu 3 kilometrlik ərazisində iməcilik keçirilmiş və sahə məişət tullantılarından təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]