BEYNƏLXALQ FESTİVALIN MÜKAFATINIAZƏRBAYCAN MUSUQİÇİSİ QAZANDITARZƏN RAMİZ QULİYEV “QIZIL ÇƏNG”İ AZƏRBAYCANA GƏTİRDİ
Dünyanın 14 ölkəsinin, o cümlədən İtaliya, Fransa, Hindistan Rusiya, Əfqanıstan, Almaniya, Ukrayna, Polşa, Albaniya, Qırğızıstan və başqalarının musiqiçilərinin iştirak etdiyi bu nüfuzlu festivalda Azərbaycanı görkəmli tarzən, xalq artisti, professor Ramiz Quliyev və onun rəhbərlik etdiyi “Odlar yurdu” ansamblı təmsil etmişdir.
Bir neçə gün davam edən tədbir tehranlıların yaddaşında Azərbaycan musiqisinin təntənəsi kimi qalacaqdır. Məşhur tarzən İran Dövlət Milli Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Fərhad Fəxrəddini) müşayiəti ilə Üzeyir Hacıbəyovun əsərləri mövzusunda fantaziyanı, Tofiq Quliyevin əsərlərindən ibarət musiqi çələngini, Səid Rüstəmovun “Oxu, tar”, Vasif Adıgözəlovun “Qərənfil”, Cahangir Cahangirovun “Ana” mahnılarını və s. şövqlə ifa etmişdir.
İran musiqisevərləri Ramiz Quliyevin ifasında muğamlarımızı da dinləmişlər.
Tamaşaçılar ustad tarzəni daha bir ampluada-müşayətçi kimi alqışlamışlar. Belə ki, “Odlar yurdu” ansamblının solisti, xanəndə Səbuhi İbayev məhz mahir tarzənin müşayiəti ilə çıxış etmişdir. Ansamblın digər üzvləri- Toğrul Əsədullayev (kamança), Elçin Abasov (ud), Gülnarə Teymurzadə (piano) də musiqimizi yüksək səviyyədə təmsil etmişlər.
Festivalın ali mükafatı - “Qızıl çəng” Ramiz Quliyevə təqdim edilmişdir.