BEYNƏLXALQ FOND “ŞİMAL-QƏRB KƏND İNKİŞAF LAYİHƏSİ”Nİ DƏSTƏKLƏYİR
Bakı, 28 yanvar (AZƏRTAC). Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) “Şimal-Qərb Kənd İnkişaf Layihəsi”ni səmərəli hesab etmiş və həmin layihəni Azərbaycan hökuməti ilə birgə maliyyələşdirməyi qərara almışdır.
Əsasən Qazax, Ağstafa, Tovuz rayonlarında beş il ərzində həyata keçiriləcək bu layihə suvarılan və dəmyə torpaqlarda 30 minədək ailənin yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədi daşıyır. Layihəyə uyğun olaraq həmin rayonlarda əhalinin ərzaq təhlükəsizliyi təmin ediləcək, yoxsulluq səviyyəsi aşağı salınacaqdır.
Layihə təsərrüfatdaxili suvarma şəbəkələrinin təmiri və bərpa edilməsi, onların Sudan İstifadəedənlər Birlikləri (SİB) tərəfindən idarə olunması, məhsuldarlığın artırılması, təsərrüfatın gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə, kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərilməsi kimi məsələləri əhatə edir.
Layihə, həmçinin Şəmkir rayonunda kənd təsərrüfatı istehsalçılarına marketinq xidməti göstərilməsini də nəzərdə tutur.
Bu layihələr Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
12 ilə qədər bir müddətdə agentliyin İFAD-la birgə səmərəli əməkdaşlığı nəticəsində respublikamızın müxtəlif bölgələrində üç layihə uğurla həyata keçirilmiş və nəticədə aqrar sektorun bir sıra sahələrində məhsuldarlıq xeyli artmış, istehsalın yüksək sürətlə inkişafı təmin olunmuş, məhsul bolluğuna təminat yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]