BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI “AZƏRDƏMİRYOLBANK”A KREDİT AYIRIR
Müqavilənin şərtlərinə əsasən, Azərbaycanda ipoteka sektorunun inkişafına uzunmüddətli kreditlər ayrılması ilə yanaşı, lizinq əməliyyatlarının inkişafı, məsləhət xidmətlərinin göstərilməsi və ticarətin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Ümumi məbləği 15 milyon ABŞ dolları olan müqavilənin birinci hissəsi 5 milyon dollardır.
“Azərdəmiryolbank”ın idarə heyətinin sədri R.Əmircanov İFC ilə
əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümid etdiyini bildirmişdir. Korporasiyanın rəhbəri Lars Tunell Azərbaycanın ipoteka bazarının inkişafında maraqlı olduqlarını və inkişaf proqramında iştiraklarından məmnunluğunu vurğulamışdır.