Beynəlxalq müsabiqənin qalibi: Müslüm Maqomayev vokal sənətində bizim üçün dahilik təcəssümüdür
Truskavets, 20 noyabr, AZƏRTAC
Müslüm Maqomayev vokal sənətində bizim üçün dahilik təcəssümüdür.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın Truskavets şəhərində keçirilən dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş I Beynəlxalq vokal mahnı müsabiqəsinin qalibi ukraynalı gənc Nikita Bortsov söyləyib.
“Mən uşaqlıqdan onun vurğunu olmuşam. Məhz vokal sənətində onu dinləyə-dinləyə böyümüşəm. Ağlıma belə gəlməzdi ki, nə zamansa belə bir əfsanəvi musiqi korifeyinin xatirəsinə həsr olunmuş mahnı müsabiqənin qalibi ola bilərəm”, - deyə Bortsov əlavə edib.
Onun sözlərinə görə, müsabiqə çox gözəl təşkil olunub. Burada günəşli Azərbaycanın isti və qonaqpərvərliyi yaddaşımızda xüsusi iz buraxdı.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Truskavets
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]