Beynəlxalq Muzeylər Günündə “Dünya bizim hamımızın” adlı proqram təqdim olunacaq
Bakı, 16 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 18 may - Beynəlxalq Muzeylər Gününə “Dünya bizim hamımızın” başlığı altında hazırladığı proqramla qatılacaq.
AZƏRTAC xəbər verir ki, proqrama “Birgə və Sağlam İctimai Birlik” ətrafında toplaşan spektr pozuntular qrupundan olan uşaqların rəsmlərindən ibarət virtual sərgi və “Əsa” İnklüziv Teatrının “Göy quş” tamaşasının sosial şəbəkədən canlı yayımı daxildir. Virtual sərgi muzeyin “facebook” səhifəsindən saat 12:00-da, tamaşa isə 17:00-da yayımlanacaq.
Eyni zamanda, Beynəlxalq Muzeylər Günündə Cəfər Cabbarlı ev-muzeyi tamaşaçılara “Dan ulduzu” adlı fotosərgini təqdim edəcək. Sərgidə izləyicilər muzeydə qorunan nadir tarixi eksponatlarla, eləcə də muzeyin müxtəlif illərdə həyata keçirdiyi uğurlu layihələri və maraqlı tədbirləri əks etdirən fotolarla tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]