Beynəlxalq Valyuta Fondu Azərbaycanı regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsi adlandırıb
Bakı, 24 may, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu Azərbaycanı Cənubi Qafqazın ən varlı ölkəsi, Ermənistanı isə kasıb ölkəsi elan edib.
AZƏRTAC Ermənistanın “ARKA” agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) müxtəlif dövlətlərin iqtisadiyyatının təhlilinə həsr edilən hesabatında bildirilir.
Hesabatda ölkələr adambaşına düşən ÜDM-lərə görə sıralanıb. Belə ki, Azərbaycanda bu göstərici 18,04 min dollar təşkil edir və ölkəmiz reytinq cədvəlində 192 ölkə arasında 81-ci yerdədir. Ermənistanda isə adambaşına düşən ÜDM 10 min dollar təşkil edir. İşğalçı ölkə reytinq cədvəlində 113-cü yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]