Beynəlxalq Yer Günü ilə əlaqədar Qaradağ rayonu ərazisində abadlıq işləri aparılmışdır
Bakı, 20 aprel (AZƏRTAC). Aprelin 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı-Qazax magistral avtomobil yolunun sol hissəsində - Qaradağ rayonu ərazisində iməcilik keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar keçirilən iməcilikdə 100 hektar sahədə abadlıq işləri aparılmış, yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ağacların dibi yumşaldılmış, ərazi alaq otlarından və tullantılardan təmizlənmişdir.
İməcilikdə ETSN-in 300-ə yaxın əməkdaşı iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]