Beyrutda 23 nəfər partlayışların qurbanı olmuş, təxminən 150 nəfər yaralanmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Beyrutda baş vermiş terror aktı nəticəsində 23 adam həlak olmuş, yaralıların sayı 146 nəfərə çatmışdır.
Bu barədə məlumatı “Röyter” agentliyi Livan hakimiyyət orqanlarının nümayəndəsinə istinadla yaymışdır.
Daha əvvəl 18 nəfərin həlak olması və 50-dən çox adamın yaralanması barədə məlumat verilmişdi.
Şahidlər jurnalistlərə bildirmişlər ki, partlayışların arasında bir neçə dəqiqə fasilə olmuşdur. Özü də minalanmış avtomobildə baş verən ikinci partlayış birincidən daha güclü olmuşdur. Nəticədə yeddi binaya ciddi ziyan dəymişdir.
Livan Təhlükəsizlik Xidmətindəki mənbələrdən biri daha əvvəl bildirmişdi ki, partlayışlar ən azı iki raket zərbəsinin nəticəsi ola bilərdi. Raketlərdən biri bilavasitə İran səfirliyinin binasına düşmüşdür.
Eyni zamanda başqa bir mənbənin məlumatına görə, İranın diplomatik missiyası yanında minalanmış iki avtomobil partlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]