Bəzi ərzaq məhsullarının qiymətləri ucuzlaşıb
Bakı, 9 mart, AZƏRTAC
2018-ci ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətən bəzi ərzaq məhsullarının qiymətləri ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma müşahidə edilib.
Uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətləri isə təqribən 5,8 faiz bahalaşıb.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdar edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]