Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bəzi psixi xəstələr qeydiyyat zamanı öz adını belə demək istəmir...” - REPORTAJ

Bakı, 29 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Psixoloji problemlər ümumiyyətlə cəmiyyət tərəfindən qəbul edilməsi çətin olan və buna görə də müalicəsi gecikən xəstəliklərdir. Psixi sağlamlıqla bağlı xəstəliklər fərdlərin həyatına dərindən təsir edir, buna görə də müalicəsi çox diqqətlə aparılmalıdır. İstər ölkəmizdə, istərsə də dünyada rastlaşma tezliyi artan psixoloji problemlərin bir çoxu müalicə edilmədiyi təqdirdə olduqca ağır nəticələr yarada bilər.

AZƏRTAC mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən reportaj hazırlayıb.

Mərkəz əhaliyə ixtisaslaşmış ambulator müalicə-diaqnostik psixiatrik, psixoloji və psixososial yardım göstərir, əhali arasında psixi sağlamlıq göstəricilərinin monitorinqini aparır, psixi sağlamlıq sistemində kadr potensialını inkişaf etdirir, beynəlxalq əməkdaşlıqlar qurur. Burada fəaliyyət iki mərhələdə aparılır. Birinci mərhələdə əhaliyə göstərilən xidmətlərin inkişaf etdirilməsi həyata keçirilir. Buna erkən müdaxilə proqramları, gündüz stasionarında müalicə, psixososial reabilitasiya və krizis zamanı yardım aiddir.

İkinci mərhələ bütünlüklə psixi sağlamlığın təşkil olunması və həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətdən ibarətdir. Bu mərhələdə epidemioloji məlumatların anamnezi və toplanması, yardımın yeni növlərinin planlaşdırılması və tətbiq olunması, göstərilən yardımın qiymətləndirilməsi və monitorinqi, eyni zamanda, psixi sağlamlıq sahəsində müxtəlif ixtisaslı insanların təlimi həyata keçirilir.

Ölkə üzrə statistik məlumatlar Psixi Sağlamlıq Mərkəzində toplanır

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Psixi Sağlamlıq Mərkəzinin ixtisaslaşmış komandası əhaliyə yardımın beynəlxalq standartlara cavab verən yeni proqramlarının hazırlanması və reallaşdırılması istiqamətində çalışır. Bu məqsədlə mərkəz psixiatriya sahəsində xarici institutlarla sıx əlaqəli işləyir və əhaliyə yardımın yeni formaları sahəsində fikir mübadiləsi aparır. Bundan əlavə, mərkəzin işçiləri tərəfindən Azərbaycan ərazisində bütün mütəxəssislərin konsultasiyası, əhaliyə xidmətin monitorinqi, kadr potensialının yaxşılaşdırılması istiqamətində təlim fəaliyyəti həyata keçirilir.

Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovun sözlərinə görə, hazırda mərkəz Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Psixiatriya Assosiasiyası və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir. Eyni zamanda, mərkəzdə yeni müalicə metodları araşdırılır və daha sonra digər müəssisələrin istifadəsi üçün göndərilir. Bu fəaliyyətlə bağlı mərkəzə bir çox müraciət daxil olur.

F.İsmayılov epidemioloji araşdırmaların bir neçə faktorla bağlı olduğundan bəhs edərək deyib: “Bütün psixi sağlamlıq müəssisələri öz statistikasını bizə göndərirlər. Göstəricilər təhlil edildikdən sonra Səhiyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilir”.

Təcili psixoloji yardım şöbəsinin (012) 566 50 61 nömrəli telefon xətti var

Mərkəzdə olarkən Təcili psixoloji yardım şöbəsinin kriz və böhranlı vəziyyətdə gətirilən xəstələr üçün nəzərdə tutulduğunu öyrəndik. Direktor ümumiyyətlə hər kəsin həyatında bu kimi halların yaşana biləcəyini söyləyib: “İnsanın çox ağır situasiyada böhran yaşamağı mümkündür. Ancaq böhran səbəbindən depressiya, stres problemi, təşviş pozuntusu və digər psixi pozuntular yaranır. Bu kimi halları aradan qaldırmaq üçün mərkəzin Təcili psixoloji yardım şöbəsi fəaliyyət göstərir. Şöbədə həm psixiatrlar, həm də psixoloqlar pasiyentlərə kömək göstərirlər. Bu kimi xəstələrə Cons Hopkins Universitetinin krizə müdaxilə proqramı tətbiq edilir. Proqrama əsasən, mütəxəssis pasiyenti reflektiv dinləyir, problemi araşdırır və əsas prioritetini müəyyən edir. Çünki əksər hallarda böhranın yaşanması üçün bir neçə problem eyni anda olmalıdır. Mütəxəssis pasiyentlə konsultasiya edərək problemin həlli yolları müəyyənləşdirməyə çalışır. İkinci seansda isə artıq müalicənin nəticəsi barədə danışılır. Bütün bu sadaladıqlarım böhran anına ilkin müdaxilədir”.

Hazırda Təcili psixoloji yardım şöbəsinin (012) 566 50 61 nömrəli telefon xətti fəaliyyət göstərir. Həmin xəttə gələn zəngləri treninq keçən mütəxəssislər cavablandırır. Bəzən mütəxəssis müraciət edən şəxsi başqa müəssisəyə yönləndirir.

Öyrəndik ki, cari ilin 9 ayında mərkəzə ümumi müraciət sayı 6 min 500, ilk dəfə mərkəzə müraciət edənlərin sayı isə 3 min 355-dir. Bunlardan 850 nəfəri uşaqlar və yeniyetmələrdir. Son aylar mərkəzə bir gündə 20-30 müraciət daxil olur.

Ümumiyyətlə, mərkəzə ən çox müraciət Vətən müharibəsindən sonrakı illərdə müşahidə olunub. Buna səbəb isə veteranlara da psixoloji yardım göstərilməsi ilə bağlıdır. Yaxşı xəbər odur ki, onlardan böyük bir qismi psixoloji cəhətdən artıq tam sağlamdır.

“Psixoloji xəstəlik” anlayışı düzgün deyil...

F.İsmayılov söhbət zamanı “Psixoloji xəstəlik” anlayışının düzgün olmadığını vurğulayıb: “Bilmək lazımdır ki, psixoloji problem ayrıdır, psixi xəstəlik isə ayrı... Yəni, statistikaya daxil olan insanların hamısı psixi xəstəlikdən əziyyət çəkmirlər. Əksinə, böyük bir qismi psixoloji problemlə bağlı müraciət edən şəxslərdir”.

Bayaq qeyd etdiyimiz kimi, mərkəzə müraciət edənlər arasında azyaşlı pasiyentlər də var. Psixi Sağlamlıq Mərkəzində müalicə alan ən azyaşlı pasiyentin yaşı 4-dür. Mütəxəssis uşaqlar arasında son dövrlər daha çox müşahidə olunan psixoloji problemlər haqqında da danışıb: “Diqqət çatışmazlığı, hiperaktivlik, autizm sindromu, adaptasiya problemi, inkişafdan geri qalma, təşviş kimi çatışmazlıqların rastlaşma tezliyində bir qədər artım var. Bu halları uşaqlarda müşahidə edən valideynlər və ya uşaq evinin mütəxəssisləri mərkəzə müraciət edir. Ötən il mərkəzdə müalicə alan uşaqların sayı 2 min 221 nəfər idisə, bu ilin 9 ayı ərzində 2 min 478-dir”.

Uşaqların müalicəsi üçün mərkəzdə uşaq reabilitasiyası var. Burada multidisiplinar komanda tərəfindən icra olunan geniş reabilitasiya metodları tətbiq edilir. Bir uşaqla psixoloq, psixiatr, psixopedaqoq, sosial işçi, art-terapevt, müalicəvi bədən tərbiyə mütəxəssisi məşğul olur. Uşaqlar mütəxəssislərin müşahidəsi ilə müxtəlif sahələrdə özlərini inkişaf etdirə bilir.

Uşaqların psixoloji sağlamlığına mənfi təsir edən ən böyük amillərdən biri internetdir

Direktor qeyd edib ki, yeniyetmələrdə isə daha çox valideynlərlə problem, məktəbdə bullinqə məruz qalmaq və digər səbəblər olur: “Yeniyetmələrə əsasən psixoloqlar baxır. Psixiatrlar isə artıq daha ciddi psixi pozuntular zamanı müdaxilə edir.

Hazırda uşaqlar və yeniyetmələrin psixoloji sağlamlığına mənfi təsir edən ən böyük amillərdən biri internetdir. Bura sosial şəbəkələri, oyunları aid edə bilərik. Uşaqlar artıq, sözün əsl mənasında, asılı hala düşüblər və bu, qlobal problemdir. Bu yaxınlarda Milan şəhərində keçirilən və mənim də iştirak etdiyim konqresdə internetin uşaq psixologiyasına təsiri mövzusu xüsusi bir sessiyada müzakirə edildi.

İnternetin asılılıq yaratdığı uşaqların həyatı virtual məkandan asılı olur. Bu səbəbdən onların ünsiyyət bacarıqları formalaşmır, situasiyanı tam qiymətləndirə, düzgün qərar qəbul edə bilmirlər. Hətta autizm sindromu olmayan uşaqlarda bu problemin simptomları müşahidə edilir. Onlarda diqqət əskikliyi, hiperaktivlik kimi problemlər yaranır. Bu, həqiqətən müasir dövrün aktual problemidir.

Valideynlər uşaqlarını 2 saatdan artıq internetdə vaxt keçirməsinə icazə verməsin. Mən “uşaqlar davamlı olaraq dərs oxumalıdır” demirəm. Ancaq oyunlardan, sosial şəbəkələrdən qazanacaqları heç bir müsbət nəticə yoxdur.

Hazırda bütün məktəblərdə psixoloqlar fəaliyyət göstərir və onlar kifayət qədər savadlıdır. Ancaq övladlarında psixoloji problemlər müşahidə edən valideynlər mütləq şəkildə mütəxəssisə müraciət etməlidirlər”.

Ən çox rast gəlinən psixi pozuntu depressiya və panik atakdır

F.İsmayılov bütün dünyada olduğu kimi Azərbaycanda da ən çox rast gəlinən psixi pozuntunun depressiya və panik atak olduğunu deyib: “Xatırlayıram ki, mən öz iş fəaliyyətimə yeni başladığım zamanlar panik atak problemi ilə müraciət edən pasiyent yox idi. İndi isə demək olar ki, hər gün panik atak problemi səbəbindən mərkəzə müraciət edənlər olur”.

Mərkəzdəki Psixososial reabilitasiya isə ciddi psixi xəstəliyi olan insanlara aid edilir. Bu reabilitasiyaya daxilindəki proqramlarının əsas məqsədi xəstələrin itirilmiş sosial funksiyalarını bərpa etməkdir.

Mütəxəssis bəzi psixi xəstəliklər səbəbindən insanlarda sosial adaptasiya qabiliyyətinin itdiyinə və onları bərpa etmək üçün pasiyentin bir neçə proqramda iştirak etməli olduğuna diqqət çəkib: “Məsələn, xəstə şizofreniyadan əziyyət çəkir və o, məktəbi bitirməyib, işi yoxdur, tez-tez xəstəxanada müalicə alır. Cəmiyyətdə ona qarşı müsbət münasibət yoxdur, əksinə, xüsusi stiqma, damğa var. Bu kimi pasiyentlərdə ilkin olaraq onların ünsiyyət qabiliyyətini inkişaf etdirmək lazımdır. Xüsusilə, yeniyetmə dövründən etibarən psixi xəstəlikdən əziyyət çəkirsə, onda ünsiyyət qabiliyyəti kifayət qədər olmur. Onlar üçün fərdi və ya qrup şəklində ünsiyyət treninqləri keçirilməlidir. Həmçinin, pasiyentdə motivasiya yaratmaq lazımdır. Çünki sağalma prosesi motivasiya ilə olduqca bağlıdır. Onlara hər hansı peşə vərdişləri öyrətmək olar. Məsələn, bizdə sağalma prosesində olan ağır psixi xəstəlikdən əziyyət çəkmiş bir xəstə fotoqrafiya ilə maraqlanırdı. Biz bu sahəni ona öyrətmək üçün fotoqraf çağırdıq. Həmin xəstəni müəyyən tədbirləri çəkməyə çağırırdılar və hazırda həmin şəxs işləyir, pul qazanır”.

Psixi xəstələrin sağalma prosesi motivasiya ilə çox bağlıdır

Mərkəzdə kulinariya, rəssamlıq və motivasiya artıran digər proqramlar var və bunlar xəstələr tərəfindən olduqca maraqla qarşılanır. Direktorun sözlərinə görə, xüsusilə gənc yaşlarından etibarən psixi problemdən əziyyət xanımlarda kulinariya bacarıqları formalaşmır: “Ancaq reabilitasiya zamanı ilk olaraq bu xəstələrin tələbatları öyrənilməlidir. Onların problemlərinin olduğu istiqamətlər üzərində işləmək lazımdır. Qısamüddətli və uzunmüddətli məqsədlər üçün görüləcək işlər fərqlidir. Mütəxəssis və pasiyent ilk olaraq qısamüddətli məqsədlərə nail olmalıdır, daha sonra bu məqsədlərin müddəti artırıla bilər. Psixososial terapiyada multidisiplinar komanda prinsipi var. Hansı ki, bu komandada psixiatr, klinik psixoloq, sosial işçi, məşğuliyyət üzrə mütəxəssis və tibb bacısı olmaqla ən azı 5 nəfər yer almalıdır. Daha sonra proqramdan asılı olaraq digər mütəxəssislər iştirak edə bilər. Komanda prinsipinin əsas məqsədi pasiyentin psixoloji vəziyyətini birlikdə müzakirə etməkdir.

Psixoloji problemlər zamanı müraciət edilən bir üsul dərmanla müalicədir. Digər metod isə psixoterapiyadır. Mən xüsusilə vurğulamaq istərdim ki, “psixoterapevt” anlayışı yoxdur. Psixoterapiya xüsusi bir müalicə növüdür. Bu üsulla həm psixiatrlar, həm də psixoloqlar məşğul ola bilərlər. Psixoloq qanunvericiliyə əsasən dərman müalicəsi edə bilmir. Ancaq psixoterapiya apara bilər”.

F.İsmayılov onu da bildirib ki, psixi xəstəlikdən əziyyət çəkənlərin böhran anında cinayət işlətməsi olduqca nadir hallarda baş verə bilər: “Bu kimi hallar tipik bir vəziyyət deyil. Çünki psixi xəstələr daha həssas olur. Bu düzgün fikir deyil ki, psixi xəstələr təhlükəlidir”.

Müraciət edənlərin şəxsi məlumatları hətta onun ailə üzvləri ilə də bölüşülmür

Təəssüf ki, cəmiyyətimizdə psixoloji problemlərdən əziyyət çəkən, lakin bunun müalicəsi üçün mütəxəssisə müraciət etməyən insanlar var. Mütəxəssisin sözlərinə görə, psixoloji problemlərin əksəriyyəti müalicədən sonra tam sağalır:

“Hazırda isə mən deməzdim ölkədə psixoloji problem səbəbindən mütəxəssisə müraciət etmək istəməyən insanların sayı çoxluq təşkil edir. İnsanlar bilməlidir ki, qanunvericiliyə əsasən psixi xəstəlikdən əziyyət çəkən şəxslərin konfidensiallığı və anonimliyi tam qorunur. Müraciət edənlərin şəxsi məlumatları mərkəz tərəfindən konfidensiallıq üçün heç kəslə, hətta onun ailə üzvləri ilə belə bölüşülmür. Ancaq qanunvericilik daxilində, təhlükəli vəziyyət yaranarsa, bu konfidensiallıq pozula bilər. Məsələn, xəstədə ciddi psixi xəstəlik varsa və o, kimisə öldürmək istəyirsə... Bu kimi halları hüquq-mühafizə orqanlarına bildirmək olar. Bu, tamamilə qanunvericilik daxilində olan prosesdir.

Anonimlikdə isə xəstə şəxsiyyət vəsiqəsini bizimlə bölüşmək, hətta qeydiyyat prosesində öz adını belə bildirmək istəmir”.

Direktor narkotik vasitələr və ya psixotrop dərmanlar arasındakı fərqə də diqqət çəkib: “Psixiatriyaya qarşı mənfi münasibətin əsas səbəblərindən biri də məhz narkotik və psixotrop dərman anlayışlarının qarışdırılmasıdır. Bu, tamamilə fərqli anlayışlardır. Narkotiklər psixoaktiv maddələrdir və heç bir psixotrop dərmanı narkotik aludəçisi qəbul etmək istəməz. Çünki ikisinin də tərkibi fərqlidir. Yalnız həkim narkotik vasitə istifadəçisini müalicə etmək üçün ona müəyyən miqdarda dərman yaza bilər. Bu, onu sağaltmaq istiqamətində verilən antidepressant dərmanlardır. Təəssüf ki, bu yanlış anlayışa qarşı cəmiyyətdə inam var. Heç bir narkotik istifadəçisi Altsheymer, depressiya, panik atak üçün qəbul edilən dərmanları içmək istəməz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər