“BİBİHEYBƏTNEFT” NQÇİ-NİN MƏDƏN ƏRAZİLƏRİNDƏKİ ÇİRKLİ TORPAQLARIN YARARLILIĞI BƏRPA OLUNUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında bağlanmış müqaviləyə əsasən, cari ilin mayından torpaqların təmizlənməsi işinə başlanılmışdır.
Mayın 1-dən bugünədək QSC-nin Torpaqların Rekultivasiyası Departamenti tərəfindən “Bibiheybətneft“ NQÇİ-nin mədən ərazilərində uzun illər yığılıb qalmış 18 min 124 kubmetr neft şlamı çıxarılaraq emal qurğusunun qəbul hovuzuna daşınmış, gölməçələr qurudulmuş və 11,7 hektar torpaq sahəsi rekultivasiya olunaraq yararlı hala gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]