Biləsuvarda avtomobili narkotik vasitənin təsiri altında idarə edən şəxs həbs edilib
Biləsuvar, 18 noyabr, İlkin Adıyev, AZƏRTAC
İdarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elnur Hüseynov Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [08:46]