Bilkent Universitetinin professoru tələbələrə onlayn mühazirə keçib
Bakı, 11 may, AZƏRTAC
Bilkent Universitetinin professoru və aparıcı elmi işçisi, Azərbaycanın Əməkdar elm xadimi Əmirulla Məmmədovun təqdimatında “Metamateriallar: Nəzəriyyə və optoelektronikadakı tətbiqlər” mövzusunda onlayn mühazirə keçirilib.
Onlayn mühazirədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələri, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, mühazirədə metamaterialın yaradılması, “Avionik” və “Hədəf” axtarış sistemlərinin tətbiqi, həmçinin lazer xəbərdarlıq sistemi ilə bağlı ətraflı məlumat verilib.
Görüşdə tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.