Binəqədi I seçki dairəsinin məntəqələrində səsvermənin gedişini 450-dən çox müşahidəçi izləyir
Bakı, 1 noyabr, AZƏRTAC
8 saylı Binəqədi I seçki dairəsi üzrə məntəqələrdə səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçir.
Dairə seçki komissiyasının sədri Natiq Əliyev AZƏRTAC-a bildirib ki, seçki dairəsi üzrə 40 məntəqə mövcuddur və 46 min 840 seçici qeydə alınıb. 606 seçicimiz isə ilk dəfə səs verəcək gənclərdir. Ən yaşlı seçicinin 100 yaşı var.
Seçki dairəsi üzrə 6 nəfər deputat mandatı uğrunda mübarizə aparır.
Əvvəlki seçkilərdə olduğu kimi, səsvermə günü şəffaflığın təmin olunması məqsədilə seçki dairəsi üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:55]
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
- 22.05.2026 [12:09]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 08.05.2026 [17:22]