Bir ayda Naxçıvanda dəmir yolu nəqliyyatı ilə 13 mindən çox sərnişin daşınıb
Naxçıvan, 15 may, AZƏRTAC
Bu ilin aprelində Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən qatarlarla 13 min 708, Naxçıvan-Məşhəd-Naxçıvan istiqaməti üzrə hərəkət edən beynəlxalq sərnişin qatarı ilə 287 nəfər daşınıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük çatdırılıb.
Hesabat dövründə muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülüb, maddi-texniki baza gücləndirilib. Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılıb, baş və stansiya yollarına baxış keçirilib. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılıb, istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]