Bir sıra xəstəliklər zamanı əncir yemək yolverilməzdir
Bakı, 31 avqust, AZƏRTAC
Təbii qidalar arasında əncirin xüsusi yeri və bir sıra faydaları var. Müalicəvi meyvə olan əncirlə qidalanmaq orqanizmi möhkəmləndirir, immuniteti möhkəmləndirir.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər əncirin müəyyən zərərləri barədə də məlumat veriblər.
Şəkərli diabetin ağır formalarından əziyyət çəkənlərin ondan istifadə etməsi məsləhət görülmür. Əncir turşəng turşusu ilə zəngin olduğundan podaqra xəstələri üçün də faydalı sayılmır. Onunla qidalanmaq qastrit, xora və pankreatit kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Tərkibində oksalatlar olduğuna görə miqrenə meyilli olanlar, böyrək və öd daşı xəstəlikləri zamanı da əncirin rasiona daxil edilməsi yolverilməzdir. Əncirlə qidalanmaq allergenlərin yaranmasına da səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]