“Bir” Tələbə-Könüllü proqramının növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub
Bakı, 26 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndələrinin tələbə-könüllülərlə növbəti görüşü Mingəçevir, Şəki, Gəncə şəhərlərində olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə proqramın növbəti il üçün tədbirlər planı, fəaliyyət istiqamətləri müzakirə olunub və “Bir” könüllülər üçün yaradılan imkanlar, onların üstünlükləri haqqında məlumat verilib. Görüş zamanı proqrama yeni qoşulan tələbə-könüllülərin seçimi də həyata keçirilib.
“Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Masallı, Lənkəran daxil olmaqla 7 bölgədə təmsil olunur. Hər bölgənin tələbə-könüllülərinin şəxsi inkişafı, dünyagörüşünün genişləndirilməsi, könüllülük fəaliyyətinə marağın artırılması məqsədilə mütəmadi təlimlər, seminarlar və görüşlər təşkil olunur. Proqram milli könüllü platforması kimi 20 minə yaxın vahid tələbə-könüllü bazasına malikdir.
Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün altı istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-ə yaxın yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.