Birinci rübdə Azərbaycan xarici ölkələrlə 7,3 milyard dollar məbləğində əmtəə mübadiləsi aparmışdır
Bakı, 15 may (AZƏRTAC). Azərbaycan 2011-ci ilin birinci rübündə xarici ölkələrlə 7,3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparmış, onun 5,8 milyard dolları uzaq xarici dövlətlərin, 1,5 milyard dolları MDB üzvü ölkələrinin payına düşmüşdür.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 16,4 faiz, o cümlədən uzaq xarici ölkələrlə 5,3 faiz, MDB üzvü dövlətləri ilə isə 2 dəfə artmışdır.
Bu dövrdə ölkəmizdən 5,4 milyard dollar məbləğində mal göndərilmişdir. İxrac olunmuş məhsulların 84,3 faizi uzaq xarici ölkələrə, yerdə qalanı isə MDB üzvü dövlətlərinə göndərilmişdir.
Ölkəmizə isə bu dövrdə 1,9 milyard dollar məbləğində mal idxal olunmuşdur. İxracın idxalı üstələməsi nəticəsində 3,6 milyard dollar məbləğində, o cümlədən uzaq xarici ölkələrlə əlaqələrdə 3,3 milyard dollarlıq, MDB üzvü dövlətləri ilə isə 242,9 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əlaqələrinin 48,5 faizi Avropa İttifaqı ölkələri, 20 faizi MDB üzvü dövlətləri, 31,5 faizi digər ölkələrlə aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]
Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir
- 09.09.2026 [13:55]