Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə olaraq smartfonların sığortası xidməti istifadəyə verilib
Əbu-Dabi, 14 fevral, AZƏRTAC
Dubayın rəqəmsal bankı smartfonların sığortası sahəsində bir ilkə imza atıb.
AZƏRTAC xəbər verir ki, rəqəmsal bankın “Liv.” adlı yeni mobil əlavəsi sayəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mobil telefon sahibləri öz qurğularını sığorta etdirə biləcəklər. BƏƏ-də ilk “Liv.” mobil sığortası “RSA Insurance” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir və sığorta polisinin əldə edilməsindən tutmuş tələb və ödənişlərin təqdim edilməsinədək tamamilə rəqəmsal, kağızsız prosesi yerinə yetirir.
“Liv.”in rəhbəri Cayaş Patel bu yeniliyi şərh edərək bildirib ki, yaradılan unikal təklifdə müştərilərə onların həyat tərzlərinə uyğun variantlar təqdim olunur. Onun sözlərinə görə, mobil qurğular istifadə zamanı tez-tez zədə alır. Hər dörd nəfərdən üçü həyatda azı bir dəfə telefonun ekranını sındırır, hər dördüncü adam isə telefonunu suya salır. Yeni xidmət mobil telefon sahiblərinə tam müdafiə təklif edir və tələblər olmadığı təqdirdə mükafatlandırır.
Bu təklif 2 ilədək istifadədə olan qurğulara şamil olunacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]