Birləşmiş Ərəb Əmirliklərində kiçik və orta biznes üçün rəqəmsal bank fəaliyyətə başlayacaq
Əbu-Dabi, 8 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kiçik və orta sahibkarlığa yönəldilmiş rəqəmsal bank fəaliyyətə başlayacaq.
AZƏRTAC Dubay media ofisinə istinadla xəbər verir ki, əmirlikdə aktivlərin geniş spektrini idarə edən “Dubai Holding” 5 il ərzində rəqəmsal banka 1 milyard dirhəm (272 milyon dollar) sərmayə qoymaq planını açıqlayıb.
Yayılan məlumata görə, 2019-cu ildən fəaliyyət göstərəcək bank BƏƏ-də kiçik və orta biznesə xidmət edən tam rəqəmsal müəssisələrdən biri olacaq. Rəqəmsal bankın dövriyyəyə buraxılmasına səbəb BƏƏ-də smartfonların geniş səviyyədə yayılmasıdır. Bank fərdi xidmətlər, müştərilər üçün loyallıq proqramını, kiçik və orta biznes üçün “ən müasir kredit və depozit təklifləri”ni təqdim edəcək. Rəqəmsal bank fiziki və hüquqi şəxslərə yeni imkanlar təklif edəcək. BƏƏ iqtisadiyyatına nağd pul axınının azaldılması, müştərilər və müəssisələr barədə yeni məlumatların təqdim edilməsi bankın hədəfləri sırasındadır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]