RƏSMİ XRONİKA
Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma
Əlahəzrət,
Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 noyabr 2010-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2024 [14:13]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 15.06.2024 [21:40]
Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
- 10.06.2024 [19:07]
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
- 10.06.2024 [18:11]