“Birlik – 2025” təlimində iştirak edəcək heyət Özbəkistana yola düşüb
Bakı, 11 oktyabr, AZƏRTAC
Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
“Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]