“Biznes islahatları” mövzusunda seminar keçiriləcək
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə fevralın 8-də “Biznes islahatları” mövzusunda seminar təşkil ediləcək.
ASK-dan AZƏRTAC-a bildirilib ki, seminarda dövlət satınalmaları sahəsində aparılmış islahatlar və digər islahatlar üzrə həyata keçirilən tədbirlərlə bağlı məsələlər müzakirə olunacaq.