BMT-NİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN BƏYANATI
Birləşmiş Millətlər Təşkilatının xətti ilə fəaliyyət göstərdiyini iddia edən “Beynəlxalq İnkişaf Şirkəti” adlı qurum (əsas ofisi Səməd Vurğun küçəsi-5) son zamanlar Bakının ayrı-ayrı yerlərində, eləcə də ictimai nəqliyyat növlərində müxtəlif kateqoriyadan olan mütəxəssislərin işlə təmin edilməsi haqqında elan yerləşdirir.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a daxil olmuş bəyanatda qəti surətdə bildirilir ki, adı çəkilən şirkətin BMT-yə heç bir aidiyyatı yoxdur.