“Boeing” kompaniyası səhmdarlara 225 milyon dollar ödəyəcək
Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ-ın “Boeing” aviasiya istehsalçısı “Boeing 737 MAX” laynerlərinin nasazlığına görə öz səhmdarları ilə saziş imzalamaq barədə razılığa gəlib.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, “Boeing” saziş çərçivəsində öz səhmdarlarına 225 milyon dollar ödəyəcək. Kompaniyanın rəhbərliyi daxili işlər üzrə ombudsman vəzifəsi təsis edəcək, habelə aviasiya təhlükəsizliyi sahəsində təcrübəsi olan daha bir nəfər direktorlar şurasına üzv təyin olunacaq. Noyabrın 5-də imzalanan saziş təsdiq edilməsi üçün məhkəməyə göndəriləcək.
Xatırladaq ki, “Boeing 737 MAX” təyyarələrinin istismarı iki böyük qəzadan sonra dayandırılmışdı. 2019-cu il martın 10-da “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər, 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni model təyyarənin qəzaya uğraması nəticəsində isə 189 nəfər həlak olmuşdu.
“Boeing” kompaniyası hər iki təyyarənin manevretmənin yaxşılaşdırılması sisteminin (MCAS) işində qəzadan öncə nasazlıq olduğunu etiraf etmişdi. Bundan sonra ABŞ və Avropa İttifaqı ölkələri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]