BÖLGƏLƏRDƏ BEYNƏLXALQ KİTAB SƏRGİSİ AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-dən başlayaraq Azərbaycanda Almaniya ili çərçivəsində Şəki, Xanlar, Göygöl, Gəncə, Lənkəran və Şəmkirdə “The White Ravens” (“Ağ Qarğalar”) devizi altında beynəlxalq uşaq və gənclər kitab sərgisi açılacaqdır.
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina tədbirin xalqlarımız arasında əməkdaşlığın dərinləşməsinə, mədəniyyətlərin qarşılıqlı inkişafına, sivilizasiyaların inteqrasiyasına kömək edəcəyini söyləmişdir. Səfir sərginin azərbaycanlı gənclər və uşaqlar arasında alman dilinin yayılmasına nail olmaq, bu dilin öyrənilməsi prosesini gücləndirmək məqsədi güddüyünü bildlrmişdir.
Sərgidə dünyanın 30-a yaxın ölkəsində 45 dildə nəşr edilmiş 250 kitab nümayiş olunacaqdır.
Səfir qeyd etmişdir ki, gələn il Azərbaycanda Almaniya ili çərçivəsində belə sərgilər həm Bakı, Sumqayıt şəhərlərində, həm də regionlarda keçiriləcəkdir. Əsasən uşaqlar və gənclər üçün təşkil edilən sərgi təkcə alman mədəniyyətini deyil, bütövlükdə dünya mədəniyyətinin uşaqlar üçün ən gözəl nümunələrini əks etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]