Bolqarıstan donuzçuluq təsərrüfatını itirə bilər
Sofiya, 26 iyul, AZƏRTAC
Avropa komissiyasının nümayəndələri epidemioloji vəziyyətlə əlaqədar Bolqarıstana gəlib.
AZƏRTAC xəbər verir ki, onlar Afrika vəbası virusunun ölkədə yayılmasının dərəcəsini dəyərləndirəcəklər. Avropanın səhiyyə və ərzaq təhlükəsizliyi üzrə komissarı Vityanis Andryukaytis bildirib ki, bolqar hökuməti hər evə gedərək vətəndaşlara böhranın qarşısını almaq üçün tədbirləri başa salmalıdır. O qeyd edib ki, təhlükənin qarşısını almaq üçün vaxt çox azdır və belə davam etsə Bolqarıstan donuzçuluq təsərrüfatından məhrum ola bilər.
Qeyd edək ki, Bolqarıstanın donuz fermaları Afrika vəbası virusu ilə qarşılaşıb. Son günlər ərzində 20 mindən çox donuz evtanaziya edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]