Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstan mətbuatında ümummilli lider Heydər Əliyev haqqında məqalələr yayılıb

Sofiya, 12 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Bolqarıstanın nüfuzlu “24 Chasa” qəzetinin internet səhifəsində Azərbaycan-Bolqarıstan əlaqələrinin təşəkkülündə Ulu Öndərin roluna dair məqalə dərc olunub. “Uğurların təməli - Heydər Əliyev və xeyirxah missiyasının davamı” adlı məqalədə qeyd edilir ki, dahi siyasi xadimin fəaliyyətinin nəticəsində iki ölkənin hazırkı strateji tərəfdaşlığına zəmin formalaşıb. Məqalədə Azərbaycanın dövlət müstəqilliyini yenidən qazanmasından sonra əməkdaşlıq əlaqələri üçün yeni imkanların açıldığı qeyd olunaraq əlaqələrimizin təşəkkülündə ümummilli lider Heydər Əliyevin tarixi missiyası vurğulanıb. Qeyd olunub ki, elə dahi şəxsiyyətlər var ki, mənsub olduqları xalqın tarixi təkamülünə məzmun verirlər, fəaliyyətləri ilə milyonlara öndərlik edirlər. Onlar yalnız bir xalqa deyil, bütövlükdə bəşər tarixinə töhfə verirlər. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdən olub. Sözün həqiqi mənasında, o, müasir Azərbaycanın tarixi təkamülünə yeni nəfəs verib. Liderlik istedadı və qabiliyyəti ilə Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, siması və hərəkətverici qüvvəsi olub. Məhz Heydər Əliyevin fəaliyyəti Azərbaycan-Bolqarıstan əlaqələrinin də inkişafına yeni məzmun qazandırıb.

Daha sonra məqalədə Bolqarıstan Respublikasının o vaxtkı Prezidenti Jelyu Jelyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstana rəsmi səfərə gəlməsindən bəhs olunub. Məhz Ulu Öndərin həmin rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına zəmin hazırladığı ifadə olunub. Səfər zamanı ulu öndər Heydər Əliyev və Jelyu Jelevin bir çox sahədə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladıqları vurğulanıb. Prezident Heydər Əliyevin Bolqarıstan parlamentində olduğu və Xalq Məclisində çıxış edərək yeni müstəqillik qazanmış dövlət kimi Azərbaycanın üzləşdiyi çətinliklər və Ermənistan-Azərbaycan münaqişəsi barədə, həmçinin ölkədə keçirilən islahatlar haqqında bolqar parlamentarilərinə məlumat verdiyi bildirilib. Səfərin tarixi əhəmiyyətinə toxunulan məqalədə, həmçinin sabiq dövlət başçıları Petar Stoyanov və Georgi Pırvanovun Ulu Öndər haqqında xoş fikirləri xatırlanıb. Məqalədə ulu öndər Heydər Əliyevin Bolqarıstana səfəri və dost ölkənin yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlərinin nəinki gələcək əməkdaşlığımızı təşviq etdiyi, hətta strateji tərəfdaşlığımıza zəmin hazırladığı qənaətinə gəlinib. Bildirilib ki, 2015-ci il tarixli “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” təkcə strateji tərəfdaşlığımızın deyil, eyni zamanda, dost Bolqarıstanla əməkdaşlığımızın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün möhkəm hüquqi zəmin yaradıb. Bolqarıstanın beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Məqalədə Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünün qeyd olunduğu xatırlanaraq dahi dövlət xadiminin adının yalnız onun siyasi fəaliyyəti ilə məhdudlaşmadığı bildirilib. Vurğulanıb ki, Ulu Öndərin vəfatından sonra onun zəngin irsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürülüb. Azərbaycan cəmiyyətinin sosial sifarişi nəzərə alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradılıb. Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir. Fondun əsas fəaliyyət istiqamətlərindən biri kimi ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması, bir sözlə, ümumbəşəri dəyərlərin mühafizəsi olduğu qeyd olunaraq onun mötəbər fəaliyyətləri sadalanıb. Mövzu kontekstində 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, 2008-ci ildə Luvr Muzeyinin, 2011-ci ildə İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, 2012-ci ildə Vatikanda Roma katakombalarının bərpası, 2013-cü ildə Romada Kapitolini Muzeyinin filosoflar zalının təmiri və digər fəaliyyətlər sadalanıb. Məmnuniyyət hissi ilə qeyd olunub ki, Heydər Əliyev Fondunun həmin təqdirəlayiq fəaliyyəti dost Bolqarıstandan da yan keçməyib. Fond Şərqi Avropada ilk sərmayəsi üçün tarixi Veliko Tırnovo şəhərini seçib və “Trapezitsa” qalasını dünya xəzinələri üçün mədəniyyət abidələri siyahısına daxil edib. Nəticədə Heydər Əliyev Fondunun dəstəyi ilə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda bərpa işləri həyata keçirilib. 2016-cı il sentyabrın 22-də isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Baş Nazir Boyko Borisovla birgə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində və dost Bolqarıstanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirak ediblər.

Sonda vurğulanıb ki, bu gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Bolqarıstan əlaqələrinin perspektivlərindən nikbindir və iki xalqın və dövlətin ortaq maraqlarının əlaqələrin böyük gələcəyinin təminatçısı olduğuna inanır. Azərbaycan və Bolqarıstan xalqları arasındakı dostluq əlaqələrinin dönməzliyi, eləcə də iki ölkənin sarsılmaz əməkdaşlığının hər keçən gün dərinləşməsi qeyd olunub. Məqalədə Heydər Əliyevin Bolqarıstana rəsmi səfərinə dair şəkillərlə yanaşı, Heydər Əliyev Fondu və “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun birgə markasına da yer verilib.

Bolqarıstanın nüfuzlu “Fokus” xəbər agentliyinin “Dünya tarixdə bu gün” seriyasında 10 may tarixinə olan məlumatda Heydər Əliyev şəxsiyyətinə geniş yer ayrılıb. Dünyanın tanınmış böyük siyasi və dövlət xadimlərindən biri, Azərbaycan Respublikasının üçüncü Prezidenti kimi təqdim olunmuş Heydər Əliyevin Azərbaycanda “Ulu Öndər” və “Azərbaycan xalqının Ümummilli Lideri” adlarının daşıyıcısı olduğu vurğulanıb. Məlumatda dahi siyasi xadimin SSRİ dövründə və müstəqillik illərindəki siyasi fəaliyyətinə nəzər salınıb, tarixi xidmətləri sadalanıb, layiq görüldüyü orden, medal, mükafat və fəxri adlar qeyd olunub. Azərbaycanda Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün Heydər Əliyev Fondunun, “Heydər Əliyev” ordeninin təsis olunması, Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Beynəlxalq Hava Limanı, Respublika Sarayı, Bakı şəhərində İdman-Konsert Kompleksi, ölkənin şəhər və rayonlarında küçə və meydanların, bir sıra ölkələrdə isə küçələrin onun şərəfinə adlandırılması və abidələr ucaldılması vurğulanıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub