Bolqarıstanda 17 min donuz evtanaziya edilib
Sofiya, 24 iyul, AZƏRTAC
Bolqarıstanda Afrika vəbasının yeni ocağı aşkar edilib. Bununla əlaqədar olaraq Ruse rayonunun Nikolovo kəndində yerləşən fermada 17 min donuz evtanaziya edilib. Kənar şəxslərin fermaya girişi qadağan olunub. Rayonda maşınların və insanların dezinfeksiyası işləri aparılır. Rayonda vəziyyət acınacaqlıdır, çünki yaxınlıqda daha iki böyük donuz ferması var. Nikolovo ferması ilə birlikdə bu fermalar ölkənin donuz ətinə olan ehtiyacının üçdəbirini ödəyir. Afrika donuz vəbasına qarşı mübarizəyə hərbçilər və jandarmeriya qoşulub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
RF Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]