Boris Consonun qardaşı Cozef nazir və parlamentin üzvü postlarını tərk edəcək
Bakı, 5 sentyabr, AZƏRTAC
Universitetlər və Elmi Məsələlər üzrə kiçik nazir Cozef Conson Böyük Britaniyanın Baş Naziri, qardaşı Boris Consonla siyasi fikir ayrılıqları səbəbindən istefaya getmək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Cozef bu barədə qərarını özünün “Twitter” səhifəsində aşıqlayıb: “Son zamanlar ailəmə və milli maraqlara sadiqlik arasında qalmışdım. Bu, həlli olmayan təzaddır. Parlament üzvü və nazir vəzifələrində məni əvəz etməyin vaxtı çatıb”.
Qardaşından yeddi yaş kiçik olan Co Conson 2010-cu ildə Orpinqton dairəsindən İcmalar palatasına üzv seçilib. O, həmçinin investisiya bankiri və maliyyə məsələləri üzrə ixtisaslaşan jurnalist işləyib. Tereza Meyin Baş Nazir olduğu dövrlərdə Nəqliyyat naziri və London İşləri üzrə kiçik nazir vəzifələrində çalışıb.
Cozef Conson Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi barədə referendumda Brexitə səs verib. Lakin hesab edir ki, proses yalnız Brüssellə saziş əldə olunduqdan sonra həyata keçirilməlidir. Ölkəsinin Avropa İttifaqını sazişsiz tərk etməsinin əleyhinə çıxan siyasətçi, eyni zamanda, Tereza Mey və Brüssel arasında razılaşdırılan sazişi də dəstəkləməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]