Bosniya və Herseqovina Rəyasət Heyətinin yeni üzvləri vəzifələrinin icrasına başlayıblar
Sarayevo, 16 noyabr, AZƏRTAC
Bosniya və Herseqovina Rəyasət Heyətinin yeni üzvləri öz vəzifələrinin icrasına başlayıblar.
AZƏRTAC xəbər verir ki, Rəyasət Heyətinin noyabrın 16-da keçirilən iclasında yeni üzvlər - Denis Beciroviç, Zeljko Komsic və Zeljka Cviyanoviç and içərək rəsmi qaydada vəzifələrinin icrasına başlayıblar.
Qeyd edək ki, dörd il müddətinə seçilən üzvlər rotasiya qaydasında 8 ay müddətinə Rəyasət Heyətinə sədrlik edirlər.
Oktyabrın 2-də keçirilən ümumi seçkilərdə ən çox səs toplayan müxalifət blokunun birgə namizədi Denis Beciroviç Rəyasət Heyətinin bosniyalı üzvü kimi bu postda Şefik Caferoviçi, Rəyasət Heyətinin serb üzvü seçilən Zeljka Cviyanoviç isə Milorad Dodiki əvəzləyib. Xorvat əsilli Zeljko Komşic növbəti müddətə Rəyasət Heyətinin üzvü vəzifəsini icra edir.
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [17:40]
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
- 14.08.2026 [16:54]
Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB
- 14.08.2026 [13:56]
Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
- 14.08.2026 [13:34]
Karneqi İnstitutu Aİ-nin dərin transformasiyası barədə hesabat dərc edib
- 14.08.2026 [13:19]