Almaniyada meşə yanğını ilə əlaqədar 2 min nəfər təxliyə edilib
Berlin, 14 avqust, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Düren rayonunda meşə yanğını səbəbindən təxminən 2 min sakin təxliyə olunub.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, axşamdan başlayan yanğın artıq 300 hektara yaxın ərazini əhatə edib. Hakimiyyət orqanları vəziyyəti nəzarətdən çıxmış yanğın və genişmiqyaslı fövqəladə vəziyyət kimi qiymətləndirib.
Yanğınsöndürmə işlərinə 300-ə yaxın yanğınsöndürənlə yanaşı, Bundesverin və humanitar yardım təşkilatlarının qüvvələri də cəlb olunub.
Yanğının qəsəbələrdən birinə təxminən 300 metrədək yaxınlaşması səbəbindən gecə saatlarında təxliyə qərarı verilib. Ərazidəki qocalar evinin sakinləri də təhlükəsiz əraziyə köçürülüblər. Alovun ərazidəki köhnə sursat anbarına doğru irəliləməsi vəziyyəti daha da gərginləşdirir. Meşədə torpaqda qalmış sursatın partlaması nəticəsində vaxtaşırı alovlanmalar müşahidə olunur.
Bölgədə havanın temperaturunun 38 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da yanğınsöndürmə işlərində əlavə çətinlik yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [13:56]
Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
- 14.08.2026 [13:34]
Karneqi İnstitutu Aİ-nin dərin transformasiyası barədə hesabat dərc edib
- 14.08.2026 [13:11]
Ukraynada ərzaq qıtlığı yaranıb – AZƏRTAC-ın REPORTAJI VİDEO
- 14.08.2026 [11:48]
Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq
- 14.08.2026 [11:34]
Özbəkistanın tarixi şəxsiyyətləri haqqında yeni nəşr çapdan çıxır
- 14.08.2026 [11:00]