Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb
Bakı, 14 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Vikimedia Azərbaycan” tərəfindən təşkil edilmiş “Viki Mingəçeviri sevir” layihəsi çərçivəsində innovativ alət təqdim olunub.
Vikipediya məqalələrinin redaktə prosesini daha müasir, sürətli və rahat etmək məqsədilə “WikiProof” adlı brauzer əlavəsi hazırlanıb. Süni intellekt dəstəkli alət seçilmiş mətn hissələrində dil, üslub, orfoqrafiya və punktuasiya ilə bağlı çatışmazlıqları müəyyənləşdirərək istifadəçiyə redaktə təklifləri verir.
Bu barədə AZƏRTAC-a süni intellekt alətinin müəllifi, Azərbaycan dilində vikipediyanın inzibatçısı Toğrul Rəhimli məlumat verib. O bildirib ki, innovativ alət “Gemini” və “OpenAI” platformalarının uyğun süni intellekt modellərini dəstəkləyir. İstifadəçilər ehtiyaclarına uyğun modeli seçərək mətnin yoxlanılması və redaktə təkliflərinin hazırlanması üçün istifadə edə bilərlər.
“WikiProof”un diqqətçəkən üstünlüyü dəyişiklikləri aydın və müqayisəli şəkildə təqdim etməsidir. İstifadəçi hazırkı mətnlə təklif olunan variant arasındakı fərqləri dərhal görür, düzəlişi bir kliklə tətbiq edə, yaxud mətni olduğu kimi saxlaya bilir. Bu isə həm yeni başlayanlar, həm də təcrübəli vikipediya redaktorları üçün redaktə prosesini nəzərəçarpacaq dərəcədə sadələşdirir. Alət həmçinin vikipediyaya məxsus keçidlərin, istinadların, şablonların və digər mühüm mətn elementlərinin qorunmasına xüsusi diqqət yetirir.
Alətin yaxın zamanda “Chrome Web Store” platformasında yerləşdirilməsi planlaşdırılır.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [15:16]
İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb
- 14.08.2026 [15:09]
Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur
- 14.08.2026 [11:36]
İngilis dili müəllimlərinin nəzərinə: TKT imtahanına qeydiyyat başlayıb
- 14.08.2026 [11:24]
Azərbaycan alimləri İssık-Kulda beynəlxalq elmi konfransda iştirak edəcəklər
- 14.08.2026 [11:23]