“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb
Bakı, 14 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la Niderlandın “Tvente” komandası arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri qismində Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Marius Hansen Qrotta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Kristoffer Hagenes, onun köməkçisi isə avstriyalı Alan Kijas olacaq.
Qeyd edək ki, “Qarabağ” - “Tvente” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş avqustun 20-də Niderlandda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]