Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Naxçıvanın yeni inkişaf modelində əsas hədəf dövlət investisiyasını iqtisadi artıma çevirməkdir

Professor: Naxçıvanın yeni inkişaf modelində əsas hədəf dövlət investisiyasını iqtisadi artıma çevirməkdir

Bakı, 14 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində atılan yeni addım regionun gələcək inkişaf modelinin miqyasını və prioritetlərini aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət və muxtar respublika büdcələrindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub. Vəsait enerji, avtomobil yolları, ictimai nəqliyyat, təhsil, yaşayış binaları və istilik infrastrukturu kimi bir-biri ilə sıx bağlı sahələrə yönəldiləcək. Bu qərarı yalnız növbəti maliyyə yardımı kimi qiymətləndirmək düzgün olmaz. Ayrılan vəsaitin istiqamətlərinə nəzər saldıqda aydın görünür ki, burada məqsəd Naxçıvanın ayrı-ayrı infrastruktur problemlərinin həlli ilə məhdudlaşmır. Əsas hədəf enerji, nəqliyyat, insan kapitalı və yaşayış mühitini vahid inkişaf sistemində birləşdirərək muxtar respublikanın iqtisadi potensialını daha fəal şəkildə dövriyyəyə daxil etməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

Z.Məmmədov qeyd edib ki, 258 milyon manatlıq paketin ən böyük istiqamətlərindən biri enerji sektorudur. Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində gücü 15,6 MVt olan “Tivi” su elektrik stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “AzərEnerji” ASC-yə 66 milyon manat ayrılması nəzərdə tutulur. Bu vəsaitin iqtisadi əhəmiyyəti ayrılan məbləğdən daha genişdir. Enerji təminatının dayanıqlığının yüksəldilməsi Naxçıvanda sənaye, kənd təsərrüfatı, xidmət sektoru və yeni investisiya layihələrinin inkişafı üçün fundamental şərtdir. Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir. Muxtar respublikada “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarının, həmçinin “Ordubad” və “Tivi” su elektrik stansiyalarının inşasının davam etdirilməsi enerji siyasətinin perspektivlərini genişləndirir. Deməli, enerji siyasətinin istiqaməti yalnız daxili tələbatın ödənilməsi deyil. Qarşıdakı mərhələdə Naxçıvanın bərpaolunan enerji istehsalçısı və potensial enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsi də mühüm perspektiv yaradır.

Ekspert yeni investisiya paketində yol infrastrukturuna ayrılan vəsaiti də xüsusi əhəmiyyətli hesab edir. Onun sözlərinə görə, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr uzunluğunda avtomobil yollarının əsaslı təmiri üçün 70 milyon manat ayrılması regionun iqtisadi əlaqələrinin genişləndirilməsinə xidmət edəcək: “Müasir yol şəbəkəsi kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdırır, turizmin inkişafına imkan yaradır, əmək bazarının coğrafiyasını genişləndirir və rayonlar arasında iqtisadi əlaqələri gücləndirir. Bu baxımdan 420 kilometrlik yol layihəsi Naxçıvanın iqtisadi məkanının daha sıx inteqrasiyasına xidmət edən mühüm investisiya kimi qiymətləndirilə bilər. Şəhərlərarası ictimai nəqliyyat parkının ilkin mərhələdə yenilənməsinə 53 milyon manat ayrılması da yalnız gündəlik rahatlıq məsələsi deyil. Bu layihə gündəlik həyatın rahatlaşdırılması ilə yanaşı, Naxçıvanın şəhər və rayonları arasında iqtisadi və sosial əlaqələrin gücləndirilməsi baxımından da əhəmiyyətlidir”.

Professor nəqliyyat imkanlarının genişləndirilməsini Naxçıvanın regional iqtisadi potensialının artırılması baxımından mühüm amil hesab edir: “Avtomobil yolları, ictimai nəqliyyat və dəmir yolu layihələri birlikdə muxtar respublikanın nəqliyyat-logistika potensialının gücləndirilməsi üçün kompleks baza formalaşdırır”.

O, insan kapitalının inkişafına yönələn investisiyaları da xüsusi vurğulayıb: “Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat ayrılması regionun təhsil potensialının gücləndirilməsi baxımından mühüm addımdır. Müasir yataqxana infrastrukturu regiondan və digər bölgələrdən olan gənclərin ali təhsilə çıxış imkanlarını genişləndirə, universitetin cəlbediciliyini artıra və Naxçıvanı daha güclü təhsil mərkəzinə çevirə bilər. Məktəbəqədər təhsil müəssisələrinin yaradılması da dövlət investisiyasının uzunmüddətli xarakterini göstərir. Beş yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə 20 milyon manat ayrılması nəticəsində Bulqan, Dəstə, Şərur, Əbrəqunus və Qarabağlar yaşayış məntəqələrində ümumilikdə 640 yer yaradılacaq. Bu, dövlət investisiyasının yalnız bugünkü ehtiyaclara deyil, gələcək nəsillərin inkişafına yönəldiyini göstərən mühüm göstəricidir.

Z.Məmmədov sosial rifahın yeni inkişaf modelinin mühüm komponentlərindən biri olduğunu da qeyd edib. Bildirib ki, yaşayış binalarının və istilik infrastrukturunun yenilənməsi insanların gündəlik həyatına birbaşa təsir göstərən layihələrdir: “Regional inkişafın son nəticədə əsas meyarı insanın yaşadığı mühitin keyfiyyətidir. Ayrılan vəsaitlərin strukturuna nəzər saldıqda yeni investisiya paketinin mahiyyəti daha aydın görünür. Enerji istehsalı iqtisadiyyatın təminat bazasını gücləndirir, yollar və nəqliyyat bazarların əlçatanlığını artırır, təhsil insan kapitalını formalaşdırır, sosial infrastruktur isə əhalinin yaşayış keyfiyyətini yüksəldir. Bu elementlərin birlikdə inkişaf etdirilməsi regionun uzunmüddətli iqtisadi dayanıqlığı üçün daha böyük nəticə yarada bilər”.

O bildirib ki, Naxçıvanla bağlı dövlət siyasəti son illərdə ayrı-ayrı layihələrdən daha geniş, kompleks inkişaf xəttinə doğru irəliləyir: “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Sənaye Parkının yaradılması, enerji, su, ictimai nəqliyyat və digər sahələr üzrə qəbul edilmiş qərarlar bu inkişaf xəttinin tərkib hissəsidir. Bütün bunlar Naxçıvan üçün yeni iqtisadi modelin formalaşdığını deməyə əsas verir. Bu modelin əsas xüsusiyyəti dövlət investisiyalarının yalnız sosial problemlərin həllinə deyil, gələcək iqtisadi artımın infrastruktur bazasının yaradılmasına yönəldilməsidir”.

Professorun sözlərinə görə, Naxçıvanın coğrafi mövqeyi, Türkiyə ilə birbaşa əlaqəsi, regional nəqliyyat layihələrindəki potensial rolu, enerji imkanları, kənd təsərrüfatı və turizm potensialı onu Azərbaycanın gələcək regional iqtisadi strategiyasında xüsusi mövqeyə çıxara bilər: “Bu baxımdan 258 milyon manatlıq yeni maliyyə paketi yalnız cari infrastruktur ehtiyaclarının qarşılanması deyil, daha geniş strateji prosesin bir hissəsidir. Burada əsas məsələ ayrılan vəsaitin həcmi ilə yanaşı, həmin investisiyaların iqtisadi multiplikatorunun necə formalaşacağıdır”.

Z.Məmmədov hesab edir ki, enerji və nəqliyyat layihələri yeni istehsal və xidmət sahələrinin yaranmasına, təhsil infrastrukturu insan kapitalının güclənməsinə, sənaye və aqrar layihələr isə yeni iş yerlərinin açılmasına çevrilərsə, dövlət investisiyası uzunmüddətli iqtisadi artım üçün daha böyük nəticə verə bilər: “Naxçıvana ayrılan 258 milyon manatlıq yeni vəsait dövlətin muxtar respublikanın inkişafına uzunmüddətli və sistemli yanaşmasının növbəti göstəricisidir. Enerji təhlükəsizliyi, 420 kilometrlik yol şəbəkəsinin yenilənməsi, ictimai nəqliyyat, universitet yataqxanası, məktəbəqədər təhsil müəssisələri, yaşayış binaları və istilik infrastrukturu üzrə layihələrin eyni paketdə birləşdirilməsi təsadüfi deyil.

Onun fikrincə, qarşıdakı mərhələdə əsas məsələ dövlət investisiyalarının davamlı iqtisadi artıma, yeni istehsala, yeni iş yerlərinə, ixraca və daha yüksək rifaha çevrilməsidir: “Naxçıvan üçün qarşıdakı mərhələnin əsas sualı da məhz budur: dövlət investisiyalarını necə davamlı iqtisadi artıma, yeni istehsala, yeni iş yerlərinə, ixraca və daha yüksək rifaha çevirmək? Bu baxımdan 258 milyon manatlıq paket Naxçıvanın inkişafında yeni investisiya dalğasının başlanğıcı kimi qiymətləndirilə bilər”.

Müxbir – Pərvanə Qafarova

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr