DÜNYA
Bosniya və Herseqovinada bəzi şəhərlərdə hava çirkliliyi təhlükəli səviyyədədir
Sarayevo, 7 noyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın bir çox şəhərində hava çirkliliyi həssas əhali qrupları üçün təhlükəli səviyyəyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Banya Lukada havanın keyfiyyət indeksinin 185, Tuzlada 165, paytaxt Sarayevoda və Travnikdə 160, Zenitsada isə 159 olduğu açıqlanıb. Bu şəhərlər havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.
Hava çirkliliyi ilə əlaqədar ürək və tənəffüs orqanlarının xəstəlikləri olan insanlara vacib olmadığı təqdirdə evdən bayıra çıxmamaq tövsiyə olunub.
Mütəxəssislərin fikrincə, sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri havanın çirklənməsinin ən böyük səbəblərindəndir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo