Bosniya və Herseqovinada daşqın qurbanları kütləvi dəfn edilib
Sarayevo, 16 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovinada oktyabrın 3-dən 4-nə keçən gecə baş verən daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanlar kütləvi dəfn edilib.
AZƏRTAC xəbər verir ki, təbii fəlakətin 19 qurbanının kütləvi dəfn mərasimində minlərlə insan iştirak edib.
Daşqın və torpaq sürüşməsi nəticəsində Bosniya və Herseqovinada ən çox Kresevo, Foynitsa, Kiselyak, Konyiç və Yablanitsa bələdiyyələri zərər çəkib, yüzlərlə ev su altında qalıb, zədələnib və ya tamamilə dağılıb. Yolların dağılması səbəbindən hələ də 20-dən çox kəndlə əlaqə qismən və ya tamamilə kəsilib. Dəymiş ziyan ən azı 25 milyon avro qiymətləndirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]