Böyük Britaniyada pensiyaçılar əlavə vergi ödəməli olacaqlar
London, 7 noyabr, AZƏRTAC
Böyük Britaniyada Leyboristlər hökumətinin hazırladığı yeni büdcə planı pensiya yaşında olan milyonlarla vətəndaşa əlavə vergi yükü gətirəcək.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, maliyyə naziri tərəfindən nəzərdən keçirilən təkliflərə əsasən gəlir vergisinin artırılması nəticəsində varlı pensiyaçılar ildə təxminən 2 min 500 funt sterlinqə qədər əlavə vergi ödəməli olacaqlar. İşçilər üçün bu artım eyni dərəcədə milli sığorta kəsintisinin azaldılması ilə kompensasiya ediləcək, lakin pensiyaçılar milli sığorta ödəmədiklərinə görə bu güzəştdən yararlanmayacaqlar.
Yeni plan nəticəsində təxminən 9 milyon dövlət pensiyaçısı daha yüksək vergi ödəməli olacaq. Onların arasında hazırda 45 faiz dərəcə ilə əlavə vergi ödəyən 124 min nəfər də var.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]