Böyük Britaniyada təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib
Bakı, 5 sentyabr, AZƏRTAC
Böyük Britaniyada “EasyJet” aviakompaniyasına məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib.
AZƏRTAC “Manchester Evening News” qəzetinə istinadla xəbər verir ki, Mançesterdən İspaniyanın Alikante şəhərinə uçmalı olan təyyarənin pilotunun işə gəlmədiyi məlum olduqdan sonra sərnişin Maykl Bredli aviakompaniyaya öz xidmətini təklif edib. Üzərində pilot sənədi olan sərnişinə ciddi yoxlamadan sonra layneri idarə etməyə icazə verilib.
Nəticədə uçuş vaxtında həyata keçirilib. “EasyJet” aviakompaniyası göstərdiyi köməyə görə sərnişin Maykl Bredliyə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]