Böyük Vətən Müharibəsi ötən illərin və dövrümüzün bədii kinolentlərində
Bakı, 10 may (AZƏRTAC). Mayın 9-da Rusiya televiziyasının Birinci kanalında çoxdan gözlənilən “Brest qalası” bədii filminin premyerası olmuşdur. Böyük Vətən Müharibəsinin başlanmasının 70 illiyinə həsr olunmuş film tamaşaçıları o dövrün faciəli hadisələrinə qaytarır.
Məlum olduğu kimi, Böyük Vətən Müharibəsinin tarixi SSRİ-nin qərbində möhkəm istehkam sayılan Brest qalasının müdafiəsi ilə başlanmışdır. Qalanın çoxmillətli qarnizonu düşmən hücumunun ilk zərbəsini üzərinə götürmüşdür. Bu möhtəşəm istehkam müdafiəçilərinin qalanın divarlarında həkk olunmuş yazıları həmin insanların inanılmaz rəşadətinə, Vətən müdafiəçilərinin yenilməzliyinə sübutdur.
Rusiya telekanalının bayram efirində ötən illərin və dövrümüzün kinematoqrafçılarının yaratdıqları digər bədii filmlər də nümayiş etdirilmişdir. Rejissor Aleksandr Stolperin Konstantin Simonovun romanı üzrə lentə aldığı “Canlılar və ölülər” hərbi dramı, Yevgeni Matveyevin 1941-ci ildə baş vermiş hadisələrdən bəhs edən “ Tale” filmi, hərbi təyyarəçilər barədə “ Döyüşə yalnız “qocalar” gedir” kinolenti, Yuri Bondarevin eyniadlı əsəri üzrə çəkilmiş rus leytenantı ilə alman qızın məhəbbətindən bəhs edən “Sahil” fəlsəfi hekayəti, habelə Rusiyanın tanınmış teatr və kino aktyorlarının iştirak etdikləri “Təxribatçı” çoxseriyalı televiziya filmi telekanalın çoxmilyonlu tamaşaçı auditoriyasının daimi marağına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]