DÜNYA
BP Şimal dənizində iki neft yatağı kəşf edib
Bakı, 5 fevral, AZƏRTAC
Böyük Britaniyanın nəhəng neft-qaz şirkəti BP Şimal dənizində iki yeni neft yatağı kəşf edib.
AZƏRTAC BP-yə istinadla xəbər verir ki, şirkət bununla da Şimal dənizindəki neft hasilatını 2 dəfə artırmağı nəzərdə tutur.
“Şimal dənizində iki yeni neft yatağı kəşf edilib və qarşıdakı 2 il ərzində bu bölgədən neft hasilatını iki dəfə artıraraq gündəlik 200 min barrelə çatdırmağı planlaşdırırıq”, - deyə şirkətin məlumatında deyilir.
Şirkət Şimal dənizinin ortasındakı “Capercaillie” yatağında və Shetland adalarının qərb hissəsindəki “Achmelvich” yatağında kəşfiyyat işləri aparıb. Hər iki quyu da ötən ilin yayında qazılıb və bundan sonra növbəti addımlar müəyyən ediləcək.
Şimal dənizindəki ehtiyatlarının yenidən inkişafı BP-nin portfeli üzrə planlaşdırdığı 7 böyük layihədən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [14:08]
Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb
- 01.06.2024 [14:07]
“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib
- 01.06.2024 [13:51]
“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək
- 01.06.2024 [13:37]
Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib
- 01.06.2024 [13:10]
Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb
- 01.06.2024 [12:53]
İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır
- 01.06.2024 [12:40]
Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb
- 01.06.2024 [11:36]
Feysbuk son 3 ildə daha çox gənci cəlb edib
- 01.06.2024 [11:30]