Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir təşkil olunub
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də “Türk mətbəxi həftəsi” çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və xanımı Leyla Bağçının iştirakı ilə reallaşan görüşdə qardaş ölkələrin zəngin mədəniyyətindən, mətbəxindən söhbət açılıb.
Səfir bildirib ki, "Türk mətbəxi həftəsi” Türkiyənin ənənələrini, zəngin mətbəxini dünyaya tanıdan bir nümunədir.
Sonda Türkiyə mətbəxinin təamları təqdim olunub.