MƏDƏNİYYƏT
“Sənətkarın dostu” layihəsinə start verilib
![](/files/galleryphoto/2024/2/1200x630/17172406276088829358_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406271698147656_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406274395858641_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717240627473933147_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406274787240959_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406274594233962_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171724062790595287_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406271647653461_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406275971452006_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406275441742849_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406273717417322_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406272918614341_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172406272524710003_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717240627377529981_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihə, mədəniyyətin təşviqi, mədəni gündəlik həyat tərzinin formalaşması, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənclərin zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçiriləcəkdir.
Layihənin ilk görüşü iyunun 1-də Üzeyir Hacıbəylinin ev-muzeyində Xalq artisti, professor, pianoçu Ülviyyə Hacıbəyova ilə baş tutub. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Pianoçu Ü.Hacıbəyova çıxışında Hacıbəylilər nəslinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı önəmindən söz açıb, hər bir yaradıcı insanın həyatındakı uğurun, gərgin əmək bahasına qazanıldığını qeyd edib. O, peşəkar Azərbaycan musiqisinin inkişafı, tarixi, bəstəkarlıq ənənələri, Hacıbəylilərin musiqi dünyası və digər mövzulara toxunub.
Görüş zamanı uşaq musiqi məktəblərinin pianoçu şagirdləri tərəfindən Ü.Hacıbəylinin "Cəngi", P.Morisin "Marş", "Vals", Q.Qarayevin "İnsan məskən salır" kinofilmindən musiqi əsərləri səsləndirilib.
Görüş zamanı uşaqlar üçün muzeyə maraqlı ekskursiya təşkil olunub və onlara bayram hədiyyələri verilib.
“Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxt Bakı və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.