Azərbaycan Dövlət İnformasiya Agentliyi

Britaniya parlamentində Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub

London, 1 noyabr, AZƏRTAC

Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi Londonda işıq üzü görüb. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “TEAS Press” nəşriyyatında çapdan çıxan üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb.

AZƏRTAC xəbər verir ki, TEAS-ın təşkilatçılığı ilə Britaniya parlamentində kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Britaniya parlamentinin Lordlar və Nümayəndələr palatalarının üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Britaniya parlamentinin nümayəndəsi Bob Bləkmən çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında yazılan kitabın təqdimat mərasimində iştirakdan məmnunluğunu ifadə edib. O, bütün dünyada olduğu kimi, Britaniyada da dahi şəxsiyyət və siyasi xadim kimi məşhur olan Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqqında kitabın Londonda nəşr edilməsini yüksək qiymətləndirib.

TEAS-ın London üzrə direktoru Cek Peqoraro Cəmiyyətin fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında yazılan kitabın Londonda işıq üzü görməsini yüksək qiymətləndirən C.Peqoraro bu mühüm tədbirə təşkilatçılıq etməkdən məmnunluğunu bildirib.

Böyük Britaniyanın tanınmış tədqiqatçısı Tamara Draqadze Ümummilli Liderlə görüşlərini yada salıb, xatirələrini bölüşüb. Çıxışında 1990-cı illərin əvvəllərində regionda mövcud mürəkkəb siyasi vəziyyətə toxunan T.Draqadze Heydər Əliyevin zəngin siyasi təcrübəsi və düşünülmüş addımları sayəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. O, Ulu Öndərin dünyada tanınmış siyasi xadimlər arasında layiqli yer tutduğunu vurğulayıb, belə dahi şəxsiyyət yetirdiyi üçün Azərbaycan xalqının xoşbəxt olduğunu qeyd edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına sevgisi nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub. Səfir bu gün həyata keçirilən siyasi kursun Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrini möhkəmləndirdiyini və Azərbaycanın daha da gücləndirilməsinə gətirib çıxardığını vurğulayıb.

Təqdimat mərasimində çıxış edən Elmira Axundova deyib: “… 1990-1991-ci illərin qışı idi. Biz onunla Naxçıvanda darısqal bir otaqda oturmuşduq və o mənə keçmiş həyatından, Qarbaçovla qarşılıqlı münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından qeyri-adi şeylər danışırdı. Mən Heydər Əliyevə baxırdım və ona düzünü desəm acıyırdım - qocalmış, sınıxmış o, sanki Sovet İttifaqı ilə birlikdə gedən dövrün bir parçası idi. Və heç kəs dünyada, çox güman, o vaxt ehtimal edə bilməzdi ki, Azərbaycanın keçmiş kommunist lideri, qüdrətli Sovet imperiyasının rəhbərlərindən biri az keçmiş, küldən canlanan Simurq quşutək, bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcək. SSRİ-də ilk dəfə məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyətini ləğv edəcək, ona Azərbaycan Demokratik Respublikasının bayrağını və himnini qaytaracaqdır. Üç ildən sonra o, xalqın istəyi ilə Azərbaycanın prezidenti olacaq. O, hakimiyyətə qayıdacaq ki, vətəndaş müharibəsinin, ölkənin dağılmasının qarşısını alsın. O, qısa müddət ərzində döyüşqabiliyyətli ordu yaradacaq, tarixi neft kontraktlarını imzalayacaq, SSRİ-də ilk dəfə olaraq sözdə deyil, işdə torpağı xüsusi mülkiyyət elan edəcək və onu Azərbaycan kəndlisinə paylayacaqdır.

Bu insanın sirri nədə idi? Niyə bütün ağlagələn və ağlagəlməz vəziyyətlərin əksinə olaraq o, eyni çaya iki dəfə girib, oradan qalib çıxa bilmişdi? Mənə elə gəlir ki, bunun açması böyük ingilis siyasətçisi Uinston Çörçilin sözlərindən ibarətdir. Çörçil bir dəfə demişdir: “Dəyişən vəziyyətə müqabil olmağın yeganə üsulu onunla birlikdə dəyişməkdir”. Heydər Əliyev zamana və vəziyyətə müqabil dəyişə bilir və bunu kifayət qədər orqanik edirdi. Zira onun üçün əsas doğma vətəninin - sevimli Azərbaycanın milli maraqları idi.

… Bu üçcildliyin iki qəhramanı var - Heydər Əliyev və Zaman, qəhrəmanımın özü kimi ölçüyə gəlməyən, ziddiyyətli, faciəli və parlaq XX əsr.

Heydər Əliyev çox çətin bir ömür yaşayıb. О, sitayiş etdiyi idealların puça çıxmasını görüb, sədaqətlə, cani-dildən xidmətində durduğu ölkənin dağılmasına tab gətirib. O, yeni dövrə qədəm basaraq və həyatını sıfırdan başlayaraq siyasi Olimpi ikinci dəfə fəth edib. Lakin bu tamamilə başqa bir ölkədə, başqa bir dövrdə baş verib. Hərdən mənə elə gəlirdi ki, mən müxtəlif adamlar haqqında yazıram, çünki ağlagəlməz dərəcədə fərqli faktların, hadisələrin bir insan ömrünə sığması inanılmazdır. Bir neçə tarixi dövrü əhatə etmiş ömür.

Üçcildliyin ön sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Suleymenov demişdir ki, bu kitabları yazdıran Məhəbbətdir. Mən həqiqətən öz qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizdə də ona qarşı eyni hisslər kök salsın.

Bu kitabın ingilis dilinə tərcüməsində və nəşrində iştirak edən hər kəsə və ilk növbədə Tale Heydərov başda olmaqla “Avropa-Azərbaycan cəmiyyəti” komandasına təşəkkürümü bildirmək istəyirəm. Onlar çox böyük iş görüblər, hamısına minnətdaram! Üçcildliyin təqdimatını Avropanın düz ürəyində təşkil edənlər çox sağ olsunlar. Əminəm ki, bu kitablarla tanışlıq çətin, eyni zamanda maraqlı səyahət olacaq və bir çox suallara cavab tapmaq imkanı verəcəkdir”.

Qeyd edək ki, ingilis dilində nəşr olunan “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin birinci kitabı (HEYDƏR ƏLİYEV. CANLI TARİX) XX əsrin ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında eksklüziv və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Kitab Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin Prezidentin şəxsi arxivində iş zamanı aşkar edilən unikal sənədlərə əsaslanır, əsərin qəhrəmanının uşaqlıq və gənclik illərindən, onun dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə də 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs edir.

İkinci kitabda (KREMLDƏ BEŞ İL) Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunur. 1982-1987-ci illərdə SSRİ-nin ən nüfuzlu və fəal rəhbərlərindən biri olan Heydər Əliyevi Qərb mətbuatı gələcəkdə hətta Sov.İKP MK-nın Baş katibi vəzifəsinə potensial namizəd kimi də görürdü...

Bu kitabda Elmira Axundova Heydər Əliyevin SSRİ-nin üç baş katibi ilə - Y.Andropov, K.Çernenko və M.Qorbaçovla münasibətlərindən bəhs edir. Kremlin sirləri və intriqaları, Siyasi Büro daxilində münasibətlər, Heydər Əliyevin nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi qəzalar və texnogen fəlakətlər, onun xarici səfərləri, “Qorbaçov yenidənqurması”nın başlanğıcı və sonu, Qarabağ münaqişəsi və onun nəticələri, Heydər Əliyevin istefasının əsl səbəbləri və SSRİ-nin süqutu - bütün bunlar bəzən siyasi bestselleri xatırladan və tükənməz maraqla oxunan ikinci kitabda əks olunur.

Üçüncü kitabda (Qayıdış) Elmira Axundova Heydər Əliyevin vətənə, üç ildən sonra isə siyasi Olimpə qayıdışından bəhs edir. 1990-cı ildə Azərbaycanın o zamankı rəhbərliyinin müqavimətinə baxmayaraq, Heydər Əliyev öz “kiçik vətəni”nə - blokadada yaşayan Naxçıvana qayıtdı. Böyük və gərgin səylər nəticəsində Heydər Əliyev muxtar respublikanı aclıqdan və soyuqdan, həmçinin Ermənistan işğalından xilas etdi.

1993-cü ildə xalqın iradəsi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdır. Üçüncü kitabın ikinci hissəsində Heydər Əliyevin Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, ölkəni parçalanmadan xilas etməsi, Ermənistanla uzunmüddətli atəşkəsin əldə olunması, neft strategiyası hesabına ölkənin XXI əsrə güclü iqtisadi inkişaf tempi ilə daxil olması istiqamətində gördüyü işləri əks olunub. Kitabda canlı şahidlər, müxtəlif vaxtlarda Heydər Əliyevlə birgə işləmiş insanlar danışır. Onların xatirələri kitaba etibarlılıq və səmimilik gətirir.

Bütövlükdə, üçcildlik Heydər Əliyevin XX əsrdə cərəyan edən tarixi hadisələrin fonunda verilən ən dolğun və obyektiv tərcümeyi-halıdır.

Çıxışlardan sonra tədbir sual-cavab sessiyası ilə davam edib.

Sonda tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlarımız səsləndirilib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub