DÜNYA
BRİTANİYA XARİCİ İŞLƏR NAZİRİNİN KİPRİN TÜRK HİSSƏSİNƏ SƏFƏRİ YUNANLARIN CİDDİ NARAZILIĞINA SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Britaniyanın xarici işlər naziri Cek Strounun Şimali Kiprə səfəri və prezident Məhmət Əli Tələtlə görüşməsi adanın yunan hissəsinin və Yunanıstanın ciddi narazılığına səbəb olmuşdur.
Larnaka hava limanında etiraz nümayişi təşkil edən yunanlar Cek Strounu VİP salonuna buraxmamış, Moskvadan səfərdən qayıdan Kipr yunanlarının lideri Tasos Papadopulos isə onunla görüşməkdən imtina etmişdir. Mətbuat nümayəndələri ilə görüşməməsi üçün britaniyalı nazir hava limanının arxa qapısından çıxarılmış, yunan Kiprinin xarici işlər naziri Yorqo Yakovu isə onu nazirliyin qarşısındakı meydana qədər yola salmaqdan imtina etmişdir. Yunan nümayişçilərin əllərində tutduqları plakatlarda isə Cek Strou alnında ay ulduzlu bayraqla təsvir olunmuşdur.
Bütün bunlardan təəssüfləndiyini bildirən Cek Strou Türkiyənin Kipr probleminin həlli istiqamətindəki səylərini dəstəklədiklərini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]