BRİTANİYANIN SƏRNİŞİN TƏYYARƏLƏRİNƏ SƏUDİYYƏ ƏRƏBİSTANINDA HEÇ BİR TƏHLÜKƏ YOXDUR
Məlikliyin daxili işlər naziri şahzadə Naif ibn Əziz Ər-Riyadda demişdir ki, “iki ölkə arasında rabitə kanallarının olmasına baxmayaraq, Böyük Britaniya bu barədə Səudiyyə Ərəbistanına heç nə bildirməmişdir”. O, “Britiş Eyrueyz” şirkəti təyyarələrinin Səudiyyə Ərəbistanına uçuşları üçün heç bir təhlükə olmadığını vurğulamışdır.
Xatırladaq ki, yeni il ərəfəsində Səudiyyə Ərəbistanı həmin şirkətin təyyarəsinə qarşı Ər-Riyadda guya terror aktı hazırlandığı və bunun qarşısının alındığı barədə Böyük Britaniya Mühafizəkarlar Partiyasının nümayəndəsi Patrik Merserin bəyanatını qəti şəkildə təkzib etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]