Brüssel Macarıstanı sanksiyalarla hədələyib
Budapeşt, 29 yanvar, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Ukraynaya yardım göstərilməsinə razı olmayacağı təqdirdə Macarıstanın əleyhinə sanksiyalar paketi hazırlayıb. Bu addımın məqsədi macar iqtisadiyyatına zərbə vurmaq və bu ölkəni vetodan imtinaya məcbur etməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat verib. Bu qəzetdə dərc olunan məqalədə qeyd olunub ki, əgər Budapeşt fevralın 1-də keçiriləcək sammitdə Ukraynaya yardım göstərilməsinə qoyduğu vetonu geri götürməzsə, o halda Aİ-nin başqa ölkələri Macarıstana maliyyə vəsaiti ayırmayacaq. Bunun nəticəsində investorlar Macarıstan iqtisadiyyatına sərmayə qoymaqda maraqlı olmayacaqlar və bu, macar forintinin kursuna da mənfi təsir edəcək. Nəticədə, bu ölkə iş yerlərinin azalması və iqtisadi artımın yavaşlaması kimi problemlərlə üzləşəcək. Macarıstan Brüsselin təzyiqi altında Ukraynaya yardım məsələsində kompromislərə razı olub.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa dövlətləri liderlərinin qarşıdakı təcili iclasında Aİ-nin büdcəsindən Ukraynaya 50 milyard avro məbləğində yardım məqsədilə istifadə olunmasına veto qoyacağını vəd etmişdi.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]